VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
28.10.2016 21:16 · gunaynovruz

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək – AÇIQLAMA

  Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən ikinci binanın bu ilin sonunda təhvil verilməsi planlaşdırılır. Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı Modern.az-a bildirib ki, jurnalistlər üçün ümumilikdə…

Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən ikinci binanın bu ilin sonunda təhvil verilməsi planlaşdırılır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı Modern.az-a bildirib ki, jurnalistlər üçün ümumilikdə 2 bina tikilib.

“Birinci binada 156 jurnalistə mənzil verilib, digər binanın tikintisi davam edir. Yeni binada digərindən daha çox mənzil olacaq. Təxminən 256 jurnalist yeni tikilən binada mənzillə təmin olunacaq. Tikinti işləri ilə birbaşa Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) məşğuldur. Məndə olan məlumata görə, hələlik tikinti işləri yekunlaşmayıb. Tikinti işləri yekunlaşandan sonra müəyyən prinsiplər işlənib hazırlanacaq ki, kimlər həmin mənzillərlə təmin oluna bilər. Həmin qaydalara əsasən, redaksiyalarda iclaslar keçiriləcək, redaksiyalar özlərinin namizədlərini verəcəklər. Keçən dəfə jurnalistlərə mənzillər hansı qaydada verildisə, bu dəfə də eyni qaydada veriləcək. Binanın nə vaxt təhvil verilməsi ilə bağlı dəqiq heç nə deyə bilmərəm. Təxmini deyə bilərəm ki, tikilən bina ilin axırına təhvil verilməlidir”.

Xatırladaq ki, 156 mənzildən ibarət 1-ci bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib.