Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin növbəti təlimi keçirilib.
Layihənin əsas məqsədi gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək,qorunan tariximizi gənclərə daha ətraflı və dolğun şəkildə çatdırmaq,bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir.
Təlimi layihə rəhbəri Aysel Cəfərova qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Layihə rəhbəri “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin ortaya qoyduğu problemlər və onların həllindən danışmışdır.Aysel Cəfərova daha sonra isə layihənin məqsədini bildirmişdir.
Təlimin mövzusu Azərbaycanın idman tarixi ilə bağlı olmuşdur.Təlimçi,bir çox uğur qazanmış idmançı Gilanar Verdiyeva iştirakçıları idman tarixi barədə məlumatlandırmışdır.İştirakçıların əksəriyyəti isə idmançılardan ibarət olub.
Təlim bitdikdən sonra layihə iştirakçıları ilə maarifləndirici görüş təşkil olunmuşdur və gənclər milli rəqslər, dəyərlər, milli kulinariya ilə bağlı maariflənmişlər.

