VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
09.12.2016 14:47 · gunaynovruz

ELEGİYA

    Dərd gəmirir söz ömrümün çoxunu, Qəm kotanı şırım açır könlümdə. Zaman atır hər gün acı oxunu, Adiləşib indi vaxtsız ölüm də…   Toxum kimi əkilirəm vətəndə, Qala kimi tikilirəm vətəndə,…

 

 

Dərd gəmirir söz ömrümün çoxunu,
Qəm kotanı şırım açır könlümdə.
Zaman atır hər gün acı oxunu,
Adiləşib indi vaxtsız ölüm də…

 

Toxum kimi əkilirəm vətəndə,
Qala kimi tikilirəm vətəndə,
Film kimi çəkilirəm vətəndə,
Baş roldadı zalımlar hər bölümdə…

 

Dilim gəlmir qarğış edəm fələyə,
Fələk oğlu fələk düşüb tələyə…
Zaman uyub kələkbaza, kələyə…
Haqqın şamı söndürülüb külümdə…

 

Ağrım-acım vallah mənə bəs idi,
Bu dünyadan küsgün düşmüş kəs idim,
Yaşamaqçün “imtahandan” kəsildim.
İşsız keçdi günüm,ayım, ilim də!

 

Yaradanın axı mənlə nə qəsdi?
Yollarımı qatı duman-çən kəsdi,
Taleyimə hicran yeli tez əsdi…
Erkən soldu bağ-bağçamda gülüm də…

 

Tənhalığım kədər asıb gözümdən,
İncik düşdüm, taleyimdən-özümdən,
Hərdən küsür dost- doğmalar sözümdən,
Acı sözlər bitir mənim dilmdə…

 

Pisə necə yaxşı deyim yalandan,
Gen gəzirəm yalanla can alandan,
Azərnuram Səmayəmsiz qalandan,
Qərib kimi dolaşıram elimdə…

 

AzərNUR