“İçimdən mahnı oxumaq gəlmir, üzr istəyirəm”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyənin məşhur müğənnisi Hülya Avşar İstanbuldakı otellərin birində baş tutan qala gecəsi zamanı mahnı oxumayıb.

İstanbuldakı partlayışla bağlı xəbər alan müğənni səhnəyə çıxaraq pərəstişkarlarından üzr istəyib.

“Belə bir xəbər aldığım gündə içimdən mahnı oxumaq gəlmir, üzr istəyirəm”.

Qeyd edək ki, dekabrın 10-da İstanbulda baş verən partlayış nəticəsində 39 nəfər ölüb.

Vətənim Media Shorts

YouTube-da aç ↗