Türkiyə klubundan imtina etdi – Terrora görə.

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyənin “Qaziantespor” klubu ilə razılaşan rumıniyalı məşqçi Marius Şumidiça qərarını dəyişib.

Rumıniyanın  “Astra” klubundan  ayrılan Şumidiça Türkiyəyə  getmək fikrindən daşınıb.

Bu barədə 45 yaşlı mütəxəssis özü Rumıniya mətbuatına açıqlama verib. O, dekabrın 10-da  İstanbulda baş verən terror aktına görə qərarını dəyişdiyini deyib.

Qeyd edək ki, Şumidiça “Qaziantepspor”un sərfəli təklifinə görə “Astra”dan ayrılıb, Türkiyəyə getməyə hazırlaşırdı.

Vətənim Media Shorts

YouTube-da aç ↗