AİF-in 10 milyon manatlıq || istiqrazları qeydiyyata alınıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

document_040416Yanvarın 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) manat olan 10 000 (on min) ədəd faizli, təmin edilmiş istiqrazların buraxılışı AZ2010008681 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.

Palatadan  verilən məlumata görə, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti 3600 gündür.

Vətənim Media Shorts

YouTube-da aç ↗