Tramp müsəlmanların tənqidinə Twitterdə iki cümlə yazdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

ABŞ-ın yeni prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Bu isə dünyada, xüsisilə, müsəlman ölkələrində Trampa qarşı ciddi tənqidlərə yol açıb.

Turkustan.info saytı Milliyet.com.tr-yə istinadla xəbər verir ki, D.Tram ona qarşı yönəlmiş tənqidlərə Twitter hesabından iki cümlə ilə cavab verib: “ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır. Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!”.

Vətənim Media Shorts

YouTube-da aç ↗