Braziliya millisinin üzvü Aleksandre Pato karyerasını Çində davam etdirəcək.
“Vilyerreal”dan ayrılan hücumçu Çinin “Tianjin Quanjian” klubu ilə müqavilə imzalayıb. 27 yaşlı futbolçu Çində ilinə 5,4 milyon avro qazanacaq.
Pato karyerası ərzində “Milan” və “Çelsi” kimi klublarda çıxış edib.
Qeyd edək ki, “Zenit”in və Belçika millisinin futbolçusu Aksel Vitsel də bu yaxınlarda “Tianjin Quanjian” klubu ilə müqavilə imzalayıb.
