Çində ev uçdu: 7 ölü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Çində yaşayış evinin uçması insan tələfatına səbəb olub.

Bu barədə “Sina” portalı xəbər verib.
Məlumata görə, hadisə Şərqi Çində, Çjeçzyan vilayətinin Vençjou şəhərində baş verib. Hadisə zamanı 7 nəfər ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında 63 yaşlı qadın da var. O, dağıntılar altından çıxarılıb.
Hazırda müvafiq qurumlar hadisə yerindədir. Hadisənin başvermə səbəbləri ilə bağlı təhqiqat aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗