Maaşını 200 min avro artırdılar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Beşiktaş” bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

İstanbul təmsilçisi serb müdafiəçi Dusko Tosiçlə anlaşma müddətini uzadıb.

32 yaşlı futbolçunun mövsümün sonunda başa çatmalı olan sözləşməsi 2020-ci ilədək davam edəcək. Yeni müqaviləyə əsasən, Tosiçin illik maaşı 200 min avro artırılacaq.

Qeyd edək ki, Serbiya milli komandasının üzvü 2015-ci ildən “Beşiktaş”da çıxış edir. O, “qara qartallar”ın heyətində 28 qarşılaşmada meydana çıxıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗