İsrail ordusu raketləri vurdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Misir ərazisindən Eylat şəhərinə buraxılan üç raket İsrail ordusunun “Dəmir Günbəz” havadan müdafiə sistemi tərəfindən vurulub.

Raketlər İsrail ərazisinə Sinay yarımadasından buraxılıb.

Məlumata əsasən, partlayışlar Eylatda hiss olunub. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisə ilə əlaqədar Eylat meriyasında təcili yığıncaq keçirilib.

İnsidentə görə məsuliyyəti İŞİD-in Misirdəki özəyi öz üzərinə götürüb.

Vətənim Media Shorts

YouTube-da aç ↗