Kosmosdan atılan top 31 il sonra YERƏ ÇIRPILDI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

31 il əvvəl “Challenger” gəmisi partlayan vaxt kosmosa atılan futbol topu Beynəlxalq Kosmik Stansiyanın şüşəsinə çırpılıb.

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, 1986-cı ildə NASA tərəfindən kosmosa göndərilən “Challenger” gəmisi partlamamışdan əvvəl kosmonavt Ellison Onizukanın özü ilə götürdüyü futbol topunu kosmosa atmışdı.

Hadisədən illər keçsə də, o vaxtdan bəri həmin topun “aqibət”i barədə heç bir məlumat əldə edilməyib. Bu günlərdə isə açıqlanan məlumata görə, Yerin oxu ətrafında fırlanan həmin top Beynəlxalq Kosmik Stansiyaya çırpılıb.

Qeyd edək ki, Amerikanın kosmik gəmisi “Challenger” 28 Yanvar, 1986-cı ildə partlayıb. Uçuş başladıqdan 72 saniyə sonra partlayan kosmik gəmidə 7 kosmonavt ölüb.    Publika.az

Vətənim Media Shorts

YouTube-da aç ↗