Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ermənilər tərəfindən girov götürülən Elnur Hüseynzadə ilə bağlı aidiyyəti olan tərəflərlə ikitərəfli dialoqa başlayıb.
Turkustan.info bildirir ki, bu barədə BakıPost.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, hazırda Elnur Hüseynzadəyə baş çəkmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflərlə konfidensial dialoq aparır: “Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək beynəlxalq humanitar hüquq normalarına görə Qırmızı Xaç Komitəsinin mandatıdır. Tərəflərlə razılıq əldə edilən kimi başçəkmə prosesi həyata keçiriləcək”.
Qeyd edək ki, Fevralın 1-də Azərbaycan vətəndaşı Elnur Hüseynzadə cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.
