Burcu Əsmərsoydan evlilik açıqlaması

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sevgilisi Tuna Aksudan ayrılması və Arda Turanla küsülü olması xəbərləri ilə gündəmdən düşməyən Burcu Esmersoy evliliklə bağlı açıqlama verib.

Aparıcı dünən qatıldığı mərasimlərin birində belə deyib:

“Evlilik çətin məsələdir. Mən bacarmadım. Ailə qurmağı düşünmürəm. Bu fikrim daha öncəki təcrübələrimdən qaynaqlanır”.

Jurnalistlərin “Uşaq istəyirsinizmi?” sualına o, belə cavab verib:

“Bu saatdan sonra yox. Uşaq da istəmirəm”.

Sevgiyə dəyər verdiyini söyləyən Esmersoy: “Sevmədən, məntiqlə ailə qurmaq istəsəydim, bunu çoxdan edərdim”, – deyə bildirib.

Vətənim Media Shorts

YouTube-da aç ↗