ŞOK KADRLAR: 2 yaşlı uşağı öldürən qadını yandırdılar – VİDEO – FOTO +18

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

30 yaşlı qadın 2 yaşlı oğlanı öldürməkdə şübhəli bilinərək tutulmuşdu. Qəzəblənmiş sakinlər qadının saxlandığı polis idarəsinə hücum çəkərək onu çölə çıxarıblar.

Daha sonra isə qadını onun od vurulmuş avtomobilinə atıblar.

O Globo xəbər verir ki, həddən artıq ağır yanıq xəsarətləri almış qadını təcili yardım xəstəxanaya aparıb. Bu linç zamanı 5 yaşlı Marlon Buzanqo Kampuş adlı oğlan da yanıq xəsarətləri alıb.

Olay Braziliyanın Amazonas ştatındakı Novo Aripuana şəhərində, Borba bələdiyyəsində  yaşanıb.

Polisdən verilən məlumata görə, qadın 7 nəfərin olduğu binaya od vurmaqda şübhəli bilinir. Həmin yanğında 2 yaşlı oğlan həlak olmuşdu.

 Polis idarəsinə hücum çəkmiş 500 yerli sakini isə hadisə yerinə çağırılmış xüsusi təyinatlı polislər və hərbçilər güclə sakitləşdiriblər. (milli.az)

https://youtu.be/MIWsSBDRyLw

Vətənim Media Shorts

YouTube-da aç ↗