Canəli Əkbərovun masaj videosuna reaksiyası: “Camaatı saunada görürlər, danışmırlar” – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Bu günlərdə tənqid dolu müsahibəsi ilə gündəmə damğasını vuran Xalq artisti Canəli Əkbərovun illər öncə yayılmış “Dərsdə masaj” videosu yenidən aktual olub.
Xatırladaq ki, həmin video 2013-cü ildə, 3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün sosial şəbəkələrdə yayımlanmışdı və böyük səs-küyə səbəb olmuşdu. Videodan aydın olurdu ki, Xalq artisti dərs prosesində bir xanım tələbəsinə özünü masaj etdirir.
Bu günlərdə yenidən gündəmə gəlmiş həmin videodan Xalq artistinin özünün də xəbəri olmuşdu. Hətta onunla bağlı mətbuata açıqlama da vermişdi. Bildirmişdi ki, bu, onun düşmənlərinin işidir:
“Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər”.
Zəhra/Moderator.az

Vətənim Media Shorts

YouTube-da aç ↗