ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ-da səs verdiyi üçün imiqrantı mühakimə edəcəklər.

ABŞ-ın Texas ştatında Meksikadan olan imiqrantın seçkilərdə hüququ çatmadığı təqdirdə iki dəfə səs verməsi üzə çıxıb. Buna görə o, 8 ilini həbsxanada keçirə bilər.

 

Roza Mariya Orteqa ABŞ-da “Green card”la yaşayıb. O, 2012-ci ildə prezident və aralıq seçkilərində səs verib.Bu həftə ABŞ-da polis reydi zamanı ölkədə qeyri-qanuni yaşayan yüzlərlə imiqrant saxlanıb.

Ölkənin milli təhlükəsizlik nazirliyi bunu mütəmadi keçirilən əməliyyat adlandırıb.

Yanvarın 26-da ABŞ prezidenti Donald Trump qeyri-leqal imiqrasiya ilə mübarizə üçün sərəncam imzalayıb. ABŞ və Meksika sərhədlərində divar hörülməsi məsələsi ortaya çıxıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗