Malayziyada Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən qadının saxlanıldığı haqda xəbər yayılıb.
Xarici media xəbərlərinə görə, qadını Malayziyanın paytaxtı Kuala-Lumpurda hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.
Kim Çen Nama Kuala-Lumpur hava limanında sui-qəsd edilib.
Onun iynə vasitəsilə zəhərləndirildiyi əsas versiyalardan biri kimi səslənir.
Ağ ev belə ehtimal irəli sürüb ki, Kim Çen Inın qardaşının öldürülməsini Şimali Koreyanın xüsusi xidməti təşkil edib.(modern.az)
