ABŞ daha bir ölkədə müharibəyə başlayır.
Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, CNN bu ölkənin Müdafiə Nazirliyinin Suriyanın şimalına quru qoşunları göndərməklə bağlı təklif hazırladığını bildirib. Əgər Donald Tramp qərarı dəstəkləyərsə, ABŞ İraqdan sonra ilk dəfə bir ölkədə quru əməliyyatları aparacaq.
CNN-nin təqdim etdiyi xəbərə əsasən, Pentaqon hazırda bölgədə baş verənləri analiz edərək quru qoşunlarının göndərilməsini vacib hesab edib. Yeni planın icraya yönədilməsi üçün prezidentin təsdiqi lazımdır.
Prezident Tramp hakimiyyətə gələn kimi dərhal Pentaqondan İŞİD terror təşkilatına qarşı plan hazırlanmasını istəmişdi. Pentaqon isə planı quru qoşunlarını Suriyaya göndərməkdir.
Quru qoşunlarının Suriyanın hansı cəbhələrində yer alacağı hələlik xəbər verilmir, ancaq əsgərlərin bu ölkəyə göndərilməsi nəzərdə tutulur.
