Abşeronda evləri su basdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evlərini su basıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər.

Vətənim Media Shorts

YouTube-da aç ↗