VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –
17.02.2017 17:43 · gunaynovruz

Çörəyin içindən NƏLƏR ÇIXIR – bolt, qurd, siçan nəcisi…

Çörəyin çəkisini azaltmaqla bahalaşmanın qarşısı alındı. Lakin çörəyin keyfiyyəti, çörəkbişirmə sexlərində gigiyenik şərtlərə riayət olunması, məhsulun əlavə çirklənməyə məruz qalmadan daşınması problem olaraq qalır. Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri…

Çörəyin çəkisini azaltmaqla bahalaşmanın qarşısı alındı. Lakin çörəyin keyfiyyəti, çörəkbişirmə sexlərində gigiyenik şərtlərə riayət olunması, məhsulun əlavə çirklənməyə məruz qalmadan daşınması problem olaraq qalır. Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

E.Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata istehlakçılar tərəfindən müxtəlif qida məhsulları, o cümlədən çörəklər gətirilib. Çörəyin içindən bolt, qurd çıxıb. Həmin çörəklər hazırda təşkilatda saxlanılır. “Ötən il bir neçə çörəkbişirmə sexində olduq. Təlimatlara görə, işçilər iş saatlarında bəzək əşyalarını çıxarmalıdırlar. Çünki iş prosesində, məsələn, sırğa və ya üzük məhsulun içinə düşə bilər. Bu barədə iradlarımızı bildirsək də, nəticəsi olmadı. Xüsusilə rayonlardakı çörəkbişirmə sexlərində vəziyyət ürəkaçan deyil”.

Təşkilat rəhbəri qida məhsulları ilə bağlı təkliflər hazırlandığını, həmin təkliflərin əlaqədar orqanlara təqdim edildiyini də bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə də çörəyin keyfiyyəti ilə bağlı tənqidlər səslənir. Çörəkbişirmə sexlərində əlcəkdən istifadə olunmadığı, işçilərin təmizliyə riayət etmədikləri, eləcə də məhsulun açıq halda maşınların oturacağına yığılaraq mağazalara paylandığından şikayətlər qeyd olunur.

Onu da xatırladaq ki, Gəncədə Türkiyə vətəndaşı mağazadan aldığı çörəyin içərisindən siçovul nəcisi çıxması iddiası ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmişdi.

“ARB Kəpəz” xəbər verir ki, komitənin “Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı” laboratoriyasına təqdim olunan çörəkdə fikizi və kimyəvi yoxlamalar aparılıb. Çörəyin xəmir hissəsində aşkar olunan 8 kənar qarışığın isə həqiqətən də siçovul nəcisi olduğu müəyyən edilib.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətin isə xəbərdar edir ki, çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. Buna görə də, çörəyin daşınması zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif olan çörəyin satışı qadağandır. Eləcə də, istifadə müddəti ötmüş çörək məmulatlarının tiçarət şəbəkələrinə qəbuluna və satışına yol verilmir.Çörəyi saхladıqda bir çoх miкroorqanizmlərin inкişafı nəticəsində çörəкdə хəstəliк baş verir. Xidmət nöqsanlar aşkarlandığı halda məlumat verilməsini tövsiyə edir.