VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
17.02.2017 11:22 · gunaynovruz

İŞİD-lə Qarabağdakı erməni separatçıları arasında ŞOK ƏLAQƏ

“Dağlıq Qarabağda yaradılmış qondarma rejim dünyanın müxtəlif nöqtələrində terror mahiyyəti daşıyan “kvazidövlət”lərin yaradılmasında nümunə, “işçi model” oldu. Mən bir neçə il əvvəl geniş məqalə ilə çıxış edərək bildirdim ki, qondarma “DQR” və…

“Dağlıq Qarabağda yaradılmış qondarma rejim dünyanın müxtəlif nöqtələrində terror mahiyyəti daşıyan “kvazidövlət”lərin yaradılmasında nümunə, “işçi model” oldu. Mən bir neçə il əvvəl geniş məqalə ilə çıxış edərək bildirdim ki, qondarma “DQR” və İŞİD ümumi tipoloji xüsusiyyətlərə malikdirlər. Yəni İŞİD-in yaranmasında Qarabağda yaradılmış qondarma rejimin nümunəsindən istifadə edib”.

Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov fevralın 20-də qondarma “DQR”-də keçriləcək “referendumu” şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan rejim terror mənşəyinə malikdir: “Orada keçiriləcək “referendum aktı” tamamilə qanunsuzdur və heç bir hüquqi əsasa malik deyil”.

Qarabağda yeni müharibənin başlaması ehtimalını şərh edən Oleq Kuznetsov qeyd edib ki, istənilən hərbi toqquşma İrəvan rejiminin fiziki və siyasi mövcudluğunun yeganə mənbəyidir.

“Erməni hərbiçilərinin səyinin Qarabağda yeni eskalasiyaya səbəb olacağı ehtimalı məni narahat edir. Bundan qaçmaq və toqquşmanın qarşısını almaq heç cür mümkün görünmür”, – deyə o bildirib.  Publika.az