Pakistan Əfqanıstanla sərhədi bağladı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb.

Bu barədə Pakistan Ordusunun rəsmi nümayəndəsi, general-mayor Asif Qafur bildirib.

Onun sözlərinə görə, bu, təhlükəsizlik tədbirləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir.

 Qeyd edək ki, ötən gün Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Partlayış nəticəsində 74 nəfər ölüb, 300-dən çox adam yaralanıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗