Tramp: Mən NATO-nun fanatıyam

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Mən NATO-nun fanatıyam. Bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində çıxışı zamanı deyib.

O, deyib ki: “Mən NATO-nun fanatıyam. Lakin NATO-da olan bir çox ölkə zəngindir, amma onlar lazımı qədər pul ödəmirlər”.

Qeyd edək ki, ABŞ-ın NATO-nun büdcəsinə töhfəsi əksər NATO ölkələrindən xeyli çoxdur. Tramp dəfələrlə qeyd edib ki, ABŞ faktiki olaraq NATO-nu saxlamağa məcburdur və NATO köhnəlmiş təşkilatdır.

Vətənim Media Shorts

YouTube-da aç ↗