Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutu dünya silah bazarında son illərdə həyata keçirilən müqavilələrlə bağlı hesabat yayımlayıb.
Xarici KİV xəbərlərinə görə, hesabata əsasən, 2012-2016-cı illərdə Azərbaycan Ermənistana nisbətən 20 dəfə daha çox silah alıb.
Qeyd olunur ki, hər il Rusiyada istehsal olunan silahların 4%-nə Bakı sahib olur. Ən çox silah satan ölkələr isə ABŞ və Rusiyadır.
