VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
20.02.2017 14:14 · gunaynovruz

Vergilər Nazirliyinin Tədris Mərkəzi beynəlxalq sertifikata layiq görüldü

Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzinin İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülməsi ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Turkustan.info-ya verilən məlumata görə, Tədris Mərkəzində İSO 9001:2015…

Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzinin İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülməsi ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Turkustan.info-ya verilən məlumata görə, Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanılıb. Mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı Mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, Tədris Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, Mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

Brifinqdə vurğulanıb ki, Tədris Mərkəzinin keyfiyyətli idarəetmə sahəsində beynəlxalq sertifikasiyadan keçmək təşəbbüsü təlim siyasətinin daha da təkmilləşdirilməsi, bir sıra dövlət orqanları, ali məktəblər, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığın aparılması, Mərkəzin gələcəkdə regional akademiya statusu alması məqsədini daşıyır.

Ə.Həsənovun sözlərinə görə, son illər ərzində vergi sahəsində aparılan islahatlar, vergi inzibatçılığının daim təkmilləşdirilməsi, işin günün tələbləri səviyyəsində qurulması vergi orqanlarında insan resurlarının idarəolunmasının təkmilləşdirilməsini zəruri edib. Hazırda nazirliyin bütün sahələrini əhatə edən tədris proqramı vergi orqanı əməkdaşlarının fasiləsiz təhsil almasını təmin edir. Vergilər Nazirliyinin Tədris Mərkəzində vergi əməkdaşları ilə yanaşı, bələdiyyələrə, vergi ödəyicilərinə, vergi dostlarına da müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir.
Brifinqdə KİV nümayəndələrinin sualları cavablandırılıb.