VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
21.02.2017 21:29 · gunaynovruz

“Qan verərək, Xocalı qurbanlarının xatirəsini yad edək” -AKSİYAYA ÇAĞIRIŞ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan əsl soyqırımı aktını…

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan əsl soyqırımı aktını törətmişlər. Həmin gecə 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin-köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar. Xocalı soyqırımı adı ilə anılan bu qanlı hadisə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Biz bu gün Azərbaycan vətəndaşı kimi tariximizin bu qanlı səhifələrini sadəcə vərəqləməklə qalmamalı, onun hər epizodunu öz yaddaşımıza həkk etməli, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi verməli və faciə zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini müəyyən tədbirlərlə yad etməliyik. Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar, faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə “LAYF” Xeyriyyə İctimai Birliyi Mərkəzi Qan Bankı ilə birlikdə “Qanvermə Aksiyası” təşkil edəcəkdir.

Aksiyada toplanılacaq qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qarşılıqsız olaraq veriləcək. Hər kəsi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün qanvermə aksiyasında iştirak etməyə və irsi qan xəstəlikləri daşıyan vətəndaşlarımızın daha sağlam həyat yaşamalarına dəstək olmağa çağırırıq. Aksiya 26 fevral 2017-ci il tarixində saat 1200-dan 1800-a kimi Xocalı prospekti 37 ünvanında yerləşən Dəmirçi Plazada baş tutacaq.