Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq. Bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
“Tramp aydın şəkildə bildirdi ki, ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcək nail ola bilməsə – etməyəcək. Lakin o cəhd edəcək. Onun biznes və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir”, – deyə Spayser qeyd edib.
“Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik”, – deyə o əlavə edib.
“Əgər bu ABŞ-ın maraqlarına uyğundursa – Tramp sövdələşməyə nail olacaq”, – deyə mətbuat katibi qeyd edib.
