Prezidentin mətbuat katibi: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə hər zaman ədalətli mübarizəsində Azərbaycanın yanında olacaq.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın Xocalı hadisələrinin 25 illiyi ilə əlaqədar Azərbaycan xalqına baş sağlığı ifadə edib.

O deyib: “Türkiyə bütün tərəfləri Dağlıq Qarabağ probleminin həlli, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və Cənubi Qafqazda vəziyyətin normallaşması prosesi ilə bağlı səyləri artırmağa çağırır”.

Vətənim Media Shorts

YouTube-da aç ↗