Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da reytinqi son 14 ildə maksimuma çatıb.

“The Hill” “Gallup” İnstitutunun apardığı tədqiqatlara əsasən yazır ki, sorğuda iştirak edənlərin 21%-i Rusiya prezidentinin fəaliyyətini bəyənir.

Belə göstərici son dəfə 2003-cü ildə qeydə alınıb.

2015-ci ildə isə V.Putinə yalnız 15% respondent müsbət rəy bildirib.

Kəskin artım Respublikaçılar Partiyası tərəfdarlarının V.Putinə münasibətlərini dəyişməsi ilə əlaqələndirilir.

Əgər 2015-ci ildə bu partiyanın tərəfdarlarının 12%-i rusiyalı lideri dəstəkləyirdisə, 2017-ci ildə bu göstərici 32%-ə çatıb.

2015-ci ildə Demokratlar Partiyası tərəfdarlarının 15%-i V.Putini dəstəklədiyi halda, 2017-ci ildə bu göstərici 10%-ə enib.

Rusiya barədə 28% respondent müsbət rəy bildirdiyi halda, amerikalıların 70%-i bu ölkəyə mənfi yanaşır.

Qeyd edək ki, tədqiqatlar Donald Trampın prezidentlik dövrünün ikinci ayına, onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğu barədə bəyanatlar verdiyi dövrə təsadüf edib.

Vətənim Media Shorts

YouTube-da aç ↗