VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
24.02.2017 23:37 · gunaynovruz

Sarkisyan var qüvvəsi ilə Putinə yalvaracaq – Moskva səfərində GİZLİ MƏQSƏD

Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərinə hazırlıq gedir. Bu barədə Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında açıqlama verib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan…

Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərinə hazırlıq gedir.

Bu barədə Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında açıqlama verib.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dalana dirənməsi fonunda Ermənistan prezidentinin Moskva səfəri diqqət çəkir. Lakin ən maraqlı məqam bu dəfə Sarkisyanın Putin tərəfindən çağırılmadığı, əksinə Ermənistan prezidentinin öz təşəbbüsü ilə səfər etmək istəyidir. Nalbandyanın Moskvada Sarkisyanın səfərini Lavrovla müzakirə etməsi və “prezidentimizin səfəri ilə bağlı ciddi hazırlıq işləri aparırıq” deməsi də bunu göstərdi. Deməli, Sarkisyanın Putindən istəkləri var və çox güman ki, bu Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı ola bilər.
Erməni jurnalist Musa Mikaelyanın fikirləri bu kontekstdə maraqlıdır.
Mikaelyan yazır ki, Sarkisyanın səfərinin aprelin 2-də keçiriləcək parlament seçkilərindən əvvəl, yoxsa sonra baş tutacağı hələlik bilinməsə də, bu səfər daha çox Ermənistandakı siyasi proseslərlə bağlı ola bilər: “Sarkisyanın gözlənilən Moskva səfəri faktiki olaraq baş nazir Karen Karapetyanın yanvar ayında Rusiyaya səfərinə cavab olacaq”.
Qeyd edək ki, “Qazrprom”un keçmiş əməkdaşı Karen Karapetyanın Rusiya tərəfindən məhz Sarkisyanı əvəzləmək üçün Ermənistana baş nazir göndərildiyi ehtimal olunur.
Erməni jurnalist qeyd edir ki, Karapetyanın Moskvada qəbul edilməsi Sarkisyan üçün güclü rəqibin formalaşdığını göstərir və onun gələcəyi üçün təhlükə yaradır.
“Karapetyan Moskva tərəfindən Sarkisyanın “varisi” olaraq “taclandırılmayıb”. Lakin bu dəqiqdir ki, ona ciddi dəstək verilir və bu dəstəyin sayəsində Karapetyanın Ermənistan daxilində siyasi çəkisi ağırlaşıb. Sarkisyan Moskvaya səfəri zamanı bu çəkini yüngülləşdirməyə çalışacaq. Çünki onun varisi Viqen Sarkisyandır. Görünür, o, varisini saxlamaq və gələcəyini təmin etmək üçün Putindən xahiş edəcək”, – deyə Mikaelyan vurğulayıb. (publika.az)