Zabil Müqabiloğlu dünyasını dəyişdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

Jurnalist serroz xəstəliyindən əziyyət çəkirdi və son dəfə dünən axşam komaya girmişdi.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. “525-ci qəzet”, “Avropa”, “Tərcüman” qəzetlərində, “Yeni Müsavat” Media Qrupunda çalışıb.
Son iş yeri təsisçisi olduğu gunxeber.com saytı idi.

Özündən sonra bir oğlu qaldı.

Allah rəhmət etsin.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗