“Azərbaycanın torpaqları azad etmək üçün kart-blanşı olacaq”
Qarabağda ötən ilin aprel ayında baş verən dördgünlük müharibə Moskva və Vaşinqtonun diqqətini dərhal Dağlıq Qarabağ münaqişəsinə yönəltdi.
Turkustan.info-nun İstiPress-ə istinadən məlumatın görə, bunu “Şimal-cənub” siyasi mərkəzinin eksperti Aleksandr Karavayev “Vestnika Kavkaza” saytına müsahibəsinə aprel döyüşləri və bu günlərdə cəbhədə baş verən qanlı toqquşmalara rəy bildirərkən deyib.
O bildirib ki, rəsmi Moskva hələlik lokal döyüşlərin baş verməsinə imkan verir, əks halda Rusiya Azərbaycana silah satmazdı.
Ekspertin sözlərinə görə, Putin elə bir siyasətçidir ki, çətin ki, Qarabağda genişmiqyaslı gərginliyə yol versin, yoxsa məsələyə qarışar.
“Çünki əslində Qarabağda nələrin baş verdiyini görmək və başa düşmək üçün Rusiyanın əlində obyektiv nəzarət vasitələri var. Əgər Rusiya məsələyə göz yumsa, deməli İrəvanla danışıqlarda mövqeyini qorumaq, mövcud status-kvonu dəyişməkdən ötrü işğal altında olan Qarabağda hərbi əməliyyatlara başlamaq üçün Azərbaycanın kart-blanşı var”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın torpaqlarının bir hissəsini azad etməsi danışıqlar prosesində hansı dəyişikliklərə səbəb olmasını qarşıda görəcəyik.
“Əsas odur ki, Azərbaycanın cəbhə xəttində lokal döyüşlərdə qələbə qazanması nəticəsində Ermənistanda hərbi-siyasi rəhbərlik kəskin tənqid edilir və Azərbaycanla danışıqlar tərəfdarlarının sayı çoxalır. Beləliklə, hər bir qələbə Azərbaycanı böyük qələbəyə yaxınlaşıdırır”, – Şimal-cənub” siyasi mərkəzinin eksperti bildirib.
