VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
01.03.2017 15:30 · gunaynovruz

Sərhəd komissarları institutu yaradılacaq

Azərbaycan və Gürcüstan arasında sərhəd komissarları institutu yaradılacaq. Yaxın vaxtlarda Gürcüstan DİN və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında bununla bağlı memorandum imzalanacaq. Məlumata görə, müvafiq razılıq Gürcüstan daxili işlər naziri Georgiy Mqebrişvili…

Azərbaycan və Gürcüstan arasında sərhəd komissarları institutu yaradılacaq.

Yaxın vaxtlarda Gürcüstan DİN və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında bununla bağlı memorandum imzalanacaq.

Məlumata görə, müvafiq razılıq Gürcüstan daxili işlər naziri Georgiy Mqebrişvili və DSX rəisi Elçin Quliyev arasında Tbilisidə keçirilən görüşdə əldə olunub.

Sərhəd komissarları institutu sərhəddə insidentlərin nizama salınması məqsədilə yaradılır. Burada iki ölkənin sərhəd qurumlarının nümayəndələri təmsil olunacaq.

“Bizim məqsədimiz sərhəddə nəzarətin daha da gücləndirilməsi və iki ölkə arasında gələcək əməkdaşlığı dərinləşdirməkdir. Bu da, öz növbəsində, iki ölkənin təhlükəsizliyinə töhfə verəcək”, – deyə G.Mqebrişvili söyləyib.

G.Mqebrişvili E.Quliyevi sərhəd-keçid məntəqələrin reabilitasiyası, sərhəd polisinin peşəkarlığının artırılması və müasir texnika ilə təchizatına dair layihələrlə də tanış edib. Öz növbəsində, E.Quliyev əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu qeyd edib.

E.Quliyev Gürcüstana səfəri çərçivəsində həmkarı David Nikoleişvili və Polis Patrul Departamentinin direktoru Qoqa Razmadze ilə də görüşüb.