Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib.
O, Avropa çempionatını ölkəsində keçirmək üçün bütün imkanların olduğunu qeyd edib:
“Avropada stadion baxımından bir nömrəyik. Beynəlxalq futbol ictimaiyyəti arasında Türkiyənin yerinin əvvəlkindən daha önəmli olduğunu bilirik. Türkiyə istənilən yarışı təşkil edəcək gücdədi. Ölkədə nəqliyyat cəhətdən də heç bir problem yoxdu”.
