Ermənilərin qərargahı darmadağın edildi – ONLARLA İTKİ VAR – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhə boyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

Vətənim Media Shorts

YouTube-da aç ↗