Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır. Bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.
O, bildirib ki, ölkənin xarici borcları durmadan artır və bu Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. “Bu templərlə heç hara gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq”, – Baqratyan deyib.
Post Views: 79
