ABŞ Əl-Qaidə üzvünü məhv etdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Martın 2-də ABŞ-ın Yəməndə Əl-Qaidəyə qarşı Ərəbistan yarımadasındakı nöqtələrinə endirilən 2 zərbə nəticəsində Əl-Qaidənin 1 üzvü məhv edilib.

Reportyor.az  Trend-ə istinadən bildirir ki, öldürülənin əvvəllər Quantanamo həbsxanasında saxlanıldığı bildirilir.

Pentaqon rəsmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Ceff Devis bildirirb: “Biz keçmiş Quantanamo dustağı olan Yasir əl Silmi-nin ölümünü təsdiqləyə bilərik”.

 Devis əlavə edib ki, ABŞ son beş gün ərzində yarımadada yaraqlıların mövqelərinə 40-dən artıq zərbə endiriblər.

Vətənim Media Shorts

YouTube-da aç ↗