VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –
07.03.2017 14:01 · gunaynovruz

Azərbaycanın xanım bankirləri

Azərbaycan iqtisadiyyatının digər sektorlarında olduğu kimi, bank sektorunda da qadınlar olduqca aktivdir. Düzdür, onların sayı kişi bankirlərin sayı qədər çox olmasa da, bir sıra banklarda xanımlar menecmentdə təmsil olunurlar. Milli.Az APA-ya isrtinadən…

Azərbaycan iqtisadiyyatının digər sektorlarında olduğu kimi, bank sektorunda da qadınlar olduqca aktivdir. Düzdür, onların sayı kişi bankirlərin sayı qədər çox olmasa da, bir sıra banklarda xanımlar menecmentdə təmsil olunurlar.

Milli.Az APA-ya isrtinadən xəbər verir ki, bank sektorunda yüksək vəzifəyə (Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsi) sahib olan xanımları oxucularına təqdim edir.

Bank sektorundan söz düşübsə, ilk olaraq tənzimləyicidən başlamaq daha doğru olar. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədrinin müavini Nigar Məmmədovadır. N.Məmmədova Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və ABŞ-da Brandeys universitetinin maliyyə üzrə magistr pilləsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Mərkəzi Bankında (AMB) başlayan N.Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.

Maraqlıdır ki, N.Məmmədova MBNP-nin rəhbərliyində təmsil olunan yeganə xanımdır. Palatanın Direktorlar Şurasının sədri və digər müavini, habelə baş icraçı direktor və 6 departament direktorudur kişidir.

N.Məmmədovanın sabiq iş yeri olan Mərkəzi Bankda isə patriarxat hökm sürür. AMB-nin İdarə Heyətinin 5 üzvü, o cümlədən 4 baş direktoru əks cinsin nümayəndələridir.

Buna baxmayaraq, departament rəhbərləri arasında kifayət qədər xanıma rast gəlmək olar. Belə ki, Ülkər Babayeva İqtisadi maarifləndirmə xidmətinin rəhbəri, Gülnarə Daşdəmirova Təhlükəsizlik departamentinin direktoru, Sevda Əmirova Maliyyə idarəetməsi departamentinin direktoru, Leyla Hüseynova İnsan resursları departamentinin direktoru, Kəmalə Qurbanova Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru, Rəna Məlikova Hüquq departamentinin direktoru, Leyla Nəbiyeva Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktorudur.

Qeyd edək ki, AMB-də 23 departament mövcuddur.

Kommersiya banklarına gəldikdə, “AccessBank” QSC-nin Müşahidə Şurasının 1 üzvü zərif cinsin nümayəndəsidir. Söhbət Yeva Vittdən gedir. Xanım Vitt 2011-ci ilin sentyabrından etibarən bankın Müşahidə Şurasının üzvüdür. Qeyd edək ki, Y.Vitt 1995-ci ildə bankın əsas səhmdarlarından biri olan “KfW” təşkilatında çalışmağa başlayıb, 2010-cu ildən isə “KfW”-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktorudur. Xanım Vitt beş istiqamətdə: maliyyə sektoru, energetika, şəhərin inkişafı, ətraf mühit və səhiyyə sahələrində dövlət strategiyasının hazırlanması üzrə məsul şəxsdir. O, həmçinin Qafqaz Təbiət Fondunun Direktorlar Şurasının sədridir. Bundan əvvəl isə “AccessHolding”in İdarə Heyətinin üzvü olub. Qeyd edək ki, xanım Vitt milliyyətcə almandır.

Post Views: 105