Yaşamaq üçün ən ideal ölkələrin adı AÇIQLANDI – Azərbaycan neçəncidir?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“US News & World Report” agentlikləri dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib.

Agentliklərin yaydığı məlumata görə, reytinq turizm, innovasiya, mədəniyyət, sosial sfera, iqtisadi artım tempi və biznesə açıqlıq baxımından tərtib edilib.

Azərbaycan reytinqdə ən yaşamalı 69-cu ölkə hesab olunub.

Dünyanın yaşamaq üçün ən əlverişli ölkələri isə İsveçrə (1), Kanada (2), Böyük Britaniya (3), Almaniya (4), Yaponiya (5), İsveç (6), ABŞ (7), Avstraliya (8), Fransa (9), və Norveç (10) yer alıb. Rusiya 27-ci, Türkiyə 36-cı, Belarus 70-ci, Qazaxıstan 71-ci və Ukrayna 73-cü pillədə qərarlaşıb. (modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗