Bahəddin Həziyevə ağır itki üz verib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevə ağır itki üz verib.

Tanınmış jurnalistin anası bu gün vəfat edib. Bu barədə onun özü sosial şəbəkədə məlumat verib:
“Səhərin açılmasını gözləyirdim ki, təbrik edim. Hədiyyəsi də hazır idi. Ancaq onun üçün bu səhər açılmadı. Anam rəhmətə getdi”,-deyə B.Həziyev 8 mart günündə aldığı acı xəbərin təəssüratını virtual məkanda bölüşüb.

Allah rəhmət eləsin!

Vətənim Media Shorts

YouTube-da aç ↗