Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib. Turkustan.info-nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.
