VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
09.03.2017 14:23 · gunaynovruz

Parisdə azərbaycanlılardan Sarkisyana qarşı etiraz aksiyası – FOTO

Fransada yaşayan həmvətənlərimiz bu ölkənin paytaxtı Paris şəhərinin “Trokadero” meydanında erməni təcavüzünə qarşı etiraz aksiyası keçiriblər. Nümayişin təşkil edilməsində məqsəd Fransanın dövlət rəhbərliyinin nəzərinə Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha çatdırmaq…

Fransada yaşayan həmvətənlərimiz bu ölkənin paytaxtı Paris şəhərinin “Trokadero” meydanında erməni təcavüzünə qarşı etiraz aksiyası keçiriblər.

Nümayişin təşkil edilməsində məqsəd Fransanın dövlət rəhbərliyinin nəzərinə Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha çatdırmaq və bu ölkəni ədalətin bərpa edilməsinə töhfə verməyə çağırmaq olub.

Aksiya erməni təcavüzü nəticəsində, o cümlədən Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycanın Parisdəki diasporunun yaydığı bəyanatda Ermənistan prezidenti Serj Sarkisyanın martın 7 və 8-i tarixlərində Fransaya rəsmi səfərinə etiraz ifadə edilib. Bəyanatda qeyd olunub ki, Ermənistanın hazırki prezidenti Xocalı soyqırımını şəxsən təşkil edib və beynəlxalq mətbuata verdiyi müsahibələrində bu faktı dəfələrlə təsdiqləyib.

Aksiyada Azərbaycan diasporunun, Azərbaycanın Dostları Təşkilatının, Paris Azərbaycan Evinin nümayəndələri və digər şəxslər çıxış ediblər.

Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva çıxışında Ermənistan silahlı qüvvələrinin etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan rayonlarında bir nəfər də olsa, azərbaycanlının qalmadığını söyləyib. O, Azərbaycan diasporu adından Fransa dövlətinə müraciət edərək bu təcavüzə laqeyd qalmamağı, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə yardım göstərməyi xahiş edib.

Fransanın tanınmış vəkillərindən olan Olivye Prado cıxış edərək erməni təcavüzünü pisləyib. O. Prado erməni təcavüzü haqqında xəbər tutduqdan etibarən hər gün ədalətin bərpa edilməsi naminə səy göstərdiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini söyləyib.

“Azərbaycanın dostları” təşkilatının rəhbəri Jan Fransua Mansel çıxışında bildirib ki, Dağlıq Qarabağda sülhün bərpa olunması və azərbaycanlıların öz yurd-yuvalarına qayıtmalarının nə dərəcədə əhəmiyyətli məsələ olduğunu Fransa rəhbərliyinin nəzərinə çatdırmaq üçün əlindən gələni edir.

Azərbaycan diasporunun digər nümayəndələri – Fransada yaşayan, çalışan və təhsil alan soydaşlarımız çıxış edərək aksiyada iştirak edən Fransa vətəndaşlarına erməni təcavüzü barədə ətraflı məlumat veriblər.

Əllərində Azərbaycan bayraqlarını və Serj Sarkisyan əleyhinə şüarları tutan aksiya iştirakçıları Ermənistanı işğalçı siyasətindən əl çəkməyə çağırıblar. (report)