“Həyəcanımın həddi-hüdudu yox idi. Elə bil həyatımın ilk sınağı idi. Balam ilk dəfə idi ki, bağçada bayram tədbirində iştirak edirdi. Bəlkə də “Analar günü”nə həsr olunduğu üçün belə həyəcanlı idim. Amma bu həyatımın ən gözəl hədiyyəsi idi. Valideyn kimi ilk dəfə idi Diləyimin uğuruna sevincdən ağlayırdım. Son nəfəsimə kimi yanında, arxanda mən varam, gözümün nuru, nəfəsim”.
Bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb.
Qızı Diləyin ilk bayram şənliyinə qatılan aparıcı təəssüratlarını bölüşüb:
“Allahım bizi heç kimə möhtac eləməsin. İndi hər şeyini tək başıma edə bilirəm. Buna görə Allahım mənə güc, ruzi verdi. Məni ana edən Allahıma təşəkkür edirəm. Tək Allah olsun yanımda yetər mənə”.
V.Əlizadə qızını tək böyütməsindən söz açıb:
Qızımın 5 yaşı var, rəqəmləri yazmağı, oxumağı bilir. 35 ilin pedaqoqu anam Lütfiyyə xanımın sayəsində bunları öyrənib. Əvvəl Diləyi bağçaya göndərmək istəmirdim. Çox sağ ol, həyatımın mələyi, sənə bir ömür borcluyam. 3 həftədir Diləyim bağçaya gedir”.
