Ermənistan hakimiyyəti parlament seçkilərinə 100 milyon dollardan artıq vəsait ayırıb.
Vəsaitin böyük bir hissəsi gizli şəkildə dövriyyəyə daxil edilir. Məlumata görə, Sarkisyan hakimiyyəti iqtidarın deputatlığa namizədləri üçün ən azı 10-15 min dram xərcləməyi düşünür.
Bundan əlavə digər namizədlər də xüsusilə reytinq sisteminə astronomik vəsait yatırmaq eşqinə düşüblər.
Deputat Eqine Bişaryan bəyan edib ki, ötən seçkilərdə olduğu kimi bu il də Ermənistanda oliqarxlar pul kisələrinin ağzını açaraq səsləri almağa başlayıblar.
Ümumilikdə isə erməni KİV-lərində seçkiqabağı Ermənistanda siyasi gərginliyin artdığı, namizədlər arasında səslərin pulla alınması haqda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, erməni oliqarxalar öz namizədlərini deputat seçdirmək üçün küllü miqdarda pullar xərcləyirlər. İqtidarın namizədlərin isə xaricdəki erməni lobbisi və iş adamları maliyyələşdirir.
