Dünyada yüzlərlə dövlət mövcuddur və onlardan bəzilərinin əhali və ərazisi digərləri ilə müqayisədə çox azdır.
Həmin ölkələr bir çox mənbələrdə cırtdan adlandırılır. Monako, Andorra, Vatikan və s. ölkələr barədə çoxları eşidib, ancaq aşağıda təqdim edəcəyimiz ən kiçik dövlət qurumları barədə məlumat çox azdır.
ELLEORE
Əhali: 370
İdarəçilik forması: Konstitusiyalı monarxiya
Ərazi: 1,5 kvadrat kilometr
1944-cü ildə danimarkalı müəllim Roskildə kiçik torpaq sahəsini tələbələri üçün yaz kampına çevirib. O gündən sonra həmin ərazidə müstəqillik elan olunub və Elleoreda əsl krallıq yaşanır. Bu ölkənin müxtəlif qəribə qadağaları var. Məsələn, əraziyə “Robinzon Kruzo” kitabı və sardin konservlərini gətirmək qadağandır. Buna görə 11 dəqiqə 17 saniyəlik həbs düşür.
SEALAND
Əhali: 3
İdarəçilik forması: Konstitusiyalı monarxiya
Ərazi: 550 kvadrat kilometr
İngilis ordusunun təqaüdçü mayoru Roy Beyts dəniz üzərində olan silah platformasının tərk edildiyini görəndə çılğınlıq edərək 550 kvadrat kilometrlik ərazidə “Sealand” krallığını elan edib. O, 91 yaşına qədər kral olub və dünyasını dəyişdikdən sonra vəzifə başqasına keçib.
