“Türkiyənin prezidenti Hollandiyanı faşistlərlə müqayisə etdiyi üçün üzr istəməlidir”
“Münasibətlərin yumşaldılmasının tərəfdarıyıq, ancaq üzr istəyən deyilik. Dəlisiniz?!” Turkustan.info-nun İstiPress-ə istinadən verdiyi məlumata görə, bu sözləri Niderland Baş naziri Mark Rutte Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun üzr tələbinə münasibət bildərkən deyib. O, əslində Ərdoğanın üzr istəməli olduğunu qeyd edib:
“Hollandiyadan türk nazirlərin girişinə qadağa qoyduğu üçün üzr tələb edilməkdənsə, Türkiyənin prezidenti Hollandiyanı faşistlərlə müqayisə etdiyi üçün üzr istəməlidir”.
Qeyd edək ki, M.Çavuşoğlu Niderlandın üzr istəmədiyi müddətdə müvafiq addımlar atılacağını bildirmişdi.
