Nazirlikdən xəbərdarlıq: nəfəs almaq mümkün olmayacaq – Bakı və Abşeron yarımadasında…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakı və Abşeron yarımadasında iki gündür müşahidə olunan tozun miqdarı bir qədər də artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının  sanitar normadan artıq olduğu müəyyən edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. “Bu toz hissəcikləri atmosfer axınları  ilə, əsasən də  cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib. Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir” — deyə o vurğulayıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗