Putin Qarabağa görə Sarkisyanı Moskvaya çağırdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Prezidentlərin görüşü martın 15-də baş tutacaq

Rusiya prezidenti Vladimir Putin martın 15-də erməni həmkarı Serj Sarkisyanla Moskvada görüşəcək.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, prezidentlər görüşdə əsas Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

“Sarkisyan martın 14-15-də Putinin dəvəti ilə Rusiyada səfərdə olacaq. Martın 15-də keçiriləcək yüksək səviyyəli danışıqlar zamanı siyasi, iqtisadi, mədəni sahədə ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq. Bundan başqa, regionun aktual problemi Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparılacaq”, – Kremlin məlumatında qeyd olunur.

Vətənim Media Shorts

YouTube-da aç ↗