VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
14.03.2017 10:56 · gunaynovruz

Qeyri-adi qəbirüstü abidələri olan şəxsiyyətlər – FƏXRİ XİYABANDAN FOTOREPORTAJ

Bu dünyayla o dünyanın rəmzi qapısı sayılan qəbirlər… Adətən insanın keçdiyi həyat yolu, adları, soyadları əks olunur bu qapılara… Sanki tıqqıldatsan indicə açacaqlar… Əksər insanlar baş daşlarına həkk olunacaq şəkillərini, formasını vəsiyyət…

Bu dünyayla o dünyanın rəmzi qapısı sayılan qəbirlər…

Adətən insanın keçdiyi həyat yolu, adları, soyadları əks olunur bu qapılara… Sanki tıqqıldatsan indicə açacaqlar…

Əksər insanlar baş daşlarına həkk olunacaq şəkillərini, formasını vəsiyyət edirlər. Bəzən də onların bu dünyada qoyduqları izin bir zərrəsini baş daşında yaşadır memarlar.

Turkustan.info A24.Az-a istinadən qeyri-adi qəbirüstü abidləri olan şəxsiyyətlər haqqında fotoreportaj təqdim edir.

Ölüm haqqında bir çoxumuzun nabələd qaldığı mətləblərə vaqif olan şəxsiyyətlə başlayaq – Vaqif Səmədoğlu
“Ölüm bir gün də tək qoymur məni”, “Həyat ayrılıq imiş insanla ölüm arasında”, “Ağla, mən ölüm, ağla”…
“Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin…” yazmışdı… Elə də ediblər; bir cüt ayaqqabı, misralarda vəsiyyət, bir də möhtəşəm müraciət: MƏN BURDAYAM, İLAHİ!

  • Küləyə də vərəq verəcək qədər səxavətli, eyni zamanda vərəqi əldə qılınc kimi tutmağı bacaran türk! Xəlil Rza Ulutürk!
    Notlara söykənən ömür… Süleyman Ələsgərov
    Sadəcə Bəy!
    Döş daşında 8 türkdilli dövlətə işarə olan 8 guşəli ulduz, içində 8 buta, çölündə E L Ç İ B Ə Y
  • Yəqin ki, şərhə ehtiyac yoxdur…
  • Bu get-gəllər bazarına dəvədi dünya,
    Bu ömür-gün naxışına həvədi dünya.
    Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
    Dünya sənin, Dünya mənim, Dünya heç kimin…
    Əksər qəbirüstü abidələrin üzərində “Burada filankəs uyuyur” yazılır. Məmməd Arazın döş daşında isə “Bu daşın altında Məmməd Araz yaşayır” yazılıb.
    Gülüm, bir də görüşünə yubansam,
    Adımı tut, harda dağlar dumansa.
    Gözünü sıx, hansı daşda su yansa,
    O daş altda Məmməd Araz yaşayır…
    Xalq artisti Nəsibə Zeynalova… Pərdə enmir…
    Azərbaycan SSRİ-nin siyasi xadimi Nazim Hacıyev
    1961-ci ilin yanvarında məqsədli şəkildə, yanlış edilən cərrahi əməliyyat üzündən ağır xəstələnir və 1962-ci il iyulun 30-da vəfat edir. Nazim Hacıyevin baş daşının yerində hər bahar yaşaran 3 qızılgül kolu var.
    Tanınmış bəstəkar Tofiq Quliyev və sevimli aləti…
    1941-1945 kimi keçilməz səddi yardıqdan sonra tapdadığı “ilan” tərəfindən sancılan akademik Ziya Bünyadov
    Ağ-qara məzar daşından bizə şirin yuxu diləyən Yusif Səmədoğlu
    Eyni yolun yolçuları, iki Müslüm Moqamayev
    Azərbaycan ədəbiyyatında kişi obrazlarının misilsiz müəllifi İsmayıl Şıxlı və qələmini simvolizə edən qılınc…
  • I Fəxri xiyabanda çay tikanlarının bitdiyi bu boşluqda isə yəqin ki, bu gün fəxrimiz olan şəxsiyyətlərin abidələri görünəcək…